Separatçılar yenidən "talon şousuna" başladılar - FOTO

 Separatçılar yenidən  "talon şousuna"  başladılar -  FOTO
  04 Sentyabr 2023    Oxunub:1666
Qarabağ separatçıları növbəti dəfə "humanitar böhran" şousu göstərməyə başlayıblar.
AzVision.az xəbər verir ki, qondarma rejimin "Sosial İnkişaf və Miqrasiya Nazirliyi" məlumat yayaraq yerli ermənilərin bundan sonra çörəyi talonla alacaqlarını bəyan edib.

Ucuz separatizm – KARİKATURA
“Sentyabrın 5-dən Xankəndidə çörək xüsusi talonlarla satılacaq. Sentyabrın 4-dən isə talonların əhaliyə verilməsi prosesinə başlanılacaq", - məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin sonlarından da separatçı rejim talon şousu göstərirdi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejimin qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara yanlış məlumatlar ötürürlər. Onlar beynəlxalq aləmi inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb "humanitar böhran" vəziyyəti yaradır. Həmçinin, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzə qaldıqları üçün az qala "acından ölürlər".

Amma maraqlıdır ki, Azərbaycan tərəfi növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yüklər göndərsə də, "ac qalan" separatçılar ərzaq istəmirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Talon   Separatçı  



Xəbər lenti