Səbail rayonunda su kəsiləcək

Səbail rayonunda su kəsiləcək
  04 Sentyabr 2023    Oxunub:1280
Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az -a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti