Latviya Azərbaycana yeni səfir təyin edib

Latviya Azərbaycana yeni səfir təyin edib
  04 Sentyabr 2023    Oxunub:1304
Latviya Azərbaycana yeni səfir təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qeyd edilən vəzifəni Edqars Skuja icra edəcək.

E.Skuja indiyədək Latviyanı BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda, həmçinin Avstriya, Estoniya və Rusiyada təmsil edib.

Qeyd edək ki, bundan əvvəl Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs idi.

AzVision.az


Teqlər:



Xəbər lenti