Vilayət Eyvazov generalı işdən çıxardı, yerinə onu təyin etdi

   Vilayət Eyvazov generalı işdən çıxardı,  yerinə onu təyin etdi
  06 Sentyabr 2023    Oxunub:3631
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə ilə polkovnik Elçin Məmmədov onun yerinə təyin edilib. E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin Sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.

AzVision.az



Teqlər:



Xəbər lenti