Kiberdələduzlar ”Azərpoçt”un adından mal tərkibli bağlamalar satır

      Kiberdələduzlar    ”Azərpoçt”un adından mal tərkibli bağlamalar satır
  07 Sentyabr 2023    Oxunub:1283
Kiberdələduzlar sosial şəbəkələrdə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında ”Azərpoçt” MMC-nin adından “Azerpost” adlı saxta səhifə yaradaraq sahibsiz qalan mal tərkibli bağlamaları 5,50 manata satışa çıxarıb.
Bu barədə AzVision.az -a qurumdan məlumat verilib.

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

AzVision.az


Teqlər: Kiberdələduzlar  



Xəbər lenti