Atasını qəsdən öldürən oğul tutuldu

   Atasını qəsdən öldürən oğul tutuldu
  08 Sentyabr 2023    Oxunub:1122
Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Biləsuvar rayon Prokurorluğundan bildirilib. İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti