Naxçıvanda 4 icra başçısı müavini işdən çıxarılıb - YENİLƏNİB

 Naxçıvanda 4 icra başçısı müavini işdən çıxarılıb -  YENİLƏNİB
  08 Sentyabr 2023    Oxunub:2010
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadə vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova da işdən çıxarılıb. Bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.

Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev vəzifəsindən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.

***

Naxçıvan şəhər icra başçısının müavini işdən azad olunub.

AzVision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının müavini, İcra hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin müdiri Təhminə Vilayət qızı Mustafayeva işdən çıxarılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti