Türkiyənin Baş prokuroru: "Ermənilər vədlərinə əməl etmirlər"

      Türkiyənin Baş prokuroru:    "Ermənilər vədlərinə əməl etmirlər"
  15 Sentyabr 2023    Oxunub:940
Şuşanı görmək istəyirdim. Şuşa və Füzulidə olan bir çox binalar doğrudan da dağıdılıb, yerlə-yeksan edilib. Bu, məni çox sarsıtdı. Şuşada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldum. İnanıram ki, gələn il Azərbaycana gələndə daha gözəl Şuşa görəcəyəm. Bu tarixi torpaqda olmaqdan sevinc və qürur hissi keçirdik. Şuşanın belə gözəl olacağını təsəvvür etmirdim.
Bunu işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə tanış olan və təəssüratlarını danışan ölkəmizdə səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahin jurnalistlərə müsahibəsində deyib.

Yaxın zamanda Zəngəzur dəhlizinin açılacağına ümidvar olduğunu bildirən Türkiyənin Baş prokuroru qeyd edib ki, ermənilər vədlərinə əməl etmirlər və tez-tez təxribatlar törədirlər: "Onlar verdikləri vədlərini yerinə yetirmirlər".

AzVision.az


Teqlər:



Xəbər lenti