Xankəndiyə növbəti humanitar yardım göndərilib - YENİLƏNİB

 Xankəndiyə növbəti humanitar yardım göndərilib -  YENİLƏNİB
  26 Sentyabr 2023    Oxunub:1677
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

***

Sentyabrın 26-da Xankəndiyə növbəti humanitar yardım yola salınır.

AzVision.az xəbər verir ki, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq.

Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərilir.







AzVision.az


Teqlər:



Xəbər lenti