“Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” - Hikmət Hacıyev

   “Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” -    Hikmət Hacıyev
  27 Sentyabr 2023    Oxunub:988
“Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Deutsche Welle”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdan getmək erməni sakinlərin şəxsi və individual qərarıdır: “Azərbaycan öz şəxsi və azad seçimləri əsasında Ermənistana getməyə qərar verən Qarabağın dinc erməni sakinləri üçün təhlükəsiz dəhlizlər təmin edib. Bu, onların azad seçimidir”.

AzVision.az


Teqlər:



Xəbər lenti