Azərbaycan polisi Xankəndidəki “məşhur” abidənin önündə - Video

   Azərbaycan polisi Xankəndidəki “məşhur” abidənin önündə -    Video
  29 Sentyabr 2023    Oxunub:1678
Azərbaycan polisinin Xankəndi küçələrində və separatçıların özününküləşdirdiyi "məhşur" “Nənə və baba” heykəlinin yaxınlığında xidmət aparmasını əks etdirən görüntülər yayılıb.
AzVision.az xəbər verir ki, video haqqında yazan Ermənistan saytları qeyd edirlər ki, görünütüləri Qarabağda yaşayan jurnalist Marat Yeqanyan lentə alıb.

Mamul nəşri yazıb: "Yeqanyan Facebook səhifəsində videonu paylaşaraq“Azərbaycan polisi artıq Xankəndi küçələrindədir” deyib".

Azərbaycan polisi Xankəndidə - Video
Qeyd edək ki, ermənilər arasında “Nənə və baba” adlandırılan abidənin əsl adı “Biz və bizim dağlar”dır. O, Xankəndinin girişindədir. Ermənilər bu abidəni keçmiş, qondarma “Dağlıq Qarabağın” əsas və dəyişməz simvolu kimi təqdim edirdilər. Həmçinin qondarma qurumun gerbində də bu abidə öz əksini tapmışdı.

“Biz və bizim dağlar” Azərbaycana məxsus abidələr siyahısındadır. Abidənin quruluşundan da göründüyü kimi, təsvirdəki qadınla kişinin burunları belə erməni antropologiyası üçün xarakterik deyil...

Xatırladaq ki, dünən də Azərbaycanın daxili işlər orqanlarına məxsus qüvvələrin Xankəndi şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılmışdı.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Abidə   Polis  



Xəbər lenti