Bal yarmarkasından FOTOLAR

   Bal yarmarkasından    FOTOLAR
  02 Oktyabr 2023    Oxunub:1880
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün Bakıda Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası başlayıb.
AzVision.az xəbər verir ki, oktyabrın 22-ə qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Kəmd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Az-a bildirib ki, qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 95 tondan çoxdur.
"Əvvəlki illərlə müqayisədə yarmarkaya çıxarılan balın ümumi həcmi azalıb. Məsələn, ötən il yarmarkaya 120 ton məhsul çıxarılmışdı. Balların satış qiymətini fermerlər müəyyənləşdirir".



V.Hüseynov bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

Qeyd edək ki, yarmarkada alıcılar 15 manatdan 50 manata qədər olan balları ala bilərlər.

Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.



Yarmarkada iştirak üçün hər bir arıçıya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.














Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti