"İlham Əliyev açıq şəkildə dedi ki..." - Şarl Mişel

   "İlham Əliyev açıq şəkildə dedi ki..." -    Şarl Mişel
  05 Oktyabr 2023    Oxunub:1184
"İki gün əvvəl İlham Əliyevlə telefonda danışmışam. Söhbət zamanı o, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını açıq şəkildə dedi".
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Şarl Mişel Avropa siyasi ictimaiyyətinin Qranadada keçirilən sammiti çərçivəsində bildirib.

“Düşünürəm ki, bu bəyanat açıq şəkildə verilməlidir ki, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması aydın olsun”, - Mişel vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti