Agentlikdən Vətən müharibəsi veteranı ilə bağlı açıqlama
O xatırladıb ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynov müharibə veteranı olduğu üçün 2022-ci il yanvarın 1-dən ona prezidentin aylıq təqaüdü (80 manat) ödənilir: "Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib. İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib. O, əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb”.
T.Qurbanov həmçinin vurğulayıb ki, sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı da heç bir müraciəti olmayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


