Kürəkən qayınanasını və arvadını bıçaqladı

   Kürəkən qayınanasını və arvadını bıçaqladı
  06 Oktyabr 2023    Oxunub:1227
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Belə ki, iki qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bıçaqlan şəxslər ana və qızıdır. Onları ailənin kürəkəni bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti