Bərdədə bələdiyyənin binasında yanğın olub

   Bərdədə bələdiyyənin binasında yanğın olub
  08 Oktyabr 2023    Oxunub:1372
Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti