Bayramov Şuşada yüksək səviyyəli xarici rəsmilərlə görüşəcək

   Bayramov Şuşada yüksək səviyyəli xarici rəsmilərlə görüşəcək
  09 Oktyabr 2023    Oxunub:964
Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:



Xəbər lenti