AZAL: "Sərnişinlər İsrailə olan biletləri cəriməsiz qaytara bilərlər"
Bildirilib ki, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün “involuntary” və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.
“Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə “Azərbaycan Hava Yolları”nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin “[email protected]” çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur”, - məlumatda qeyd edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


