Putinə Çeçenistanın ali mükafatı təqdim edilib

Putinə Çeçenistanın ali mükafatı təqdim edilib
  09 Oktyabr 2023    Oxunub:1350
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Çeçenistan Respublikasının ali mükafatı - Axmat-Xaji Kadırov adına ordeni təqdim olunub.
AzVision.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Putinə bu mükafatın verilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, lakin o, yalnız indi verilib.

Bölgə rəhbərinin dediyi kimi, Çeçenistan Respublikasının ən yüksək mükafatını onun bərpasında əvəzsiz xidmətləri olan və “ən çətin vəziyyətdə xalqa dəstək olan bir şəxsə təqdim etmək üçün bütün bu müddət ərzində heç bir münasib fürsət və səbəb yox idi”.

Bundan əvvəl Putin Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib.

Bu mükafat 2004-cü ildə Çeçenistan prezidentinin xatirəsinə təsis edilib.

Daha əvvəl Kadırov Putini “ən müdrik siyasətçi və döyüşçü”, həmçinin dürüst və düzgün insan, “özünü heç vaxt tərk etməyən” adlandırmışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti