İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib

İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib
  09 Oktyabr 2023    Oxunub:1259
Azərbaycanın sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.




AzVision.az


Teqlər:



Xəbər lenti