"Qarabağda 2600-dən çox mədəni irs nümunəsinin 95 faizi dağıdılıb" - Səadət Yusifova

   "Qarabağda 2600-dən çox mədəni irs nümunəsinin 95 faizi dağıdılıb" -    Səadət Yusifova
  10 Oktyabr 2023    Oxunub:1251
İşğaldan azad edilmiş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Lakin çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi və arxeoloji daşınmaz mədəni irs obyektləri də mövcuddur.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

"Dövlət tərəfindən həyata keçirilən bütün önəmli addımlara baxmayaraq, mədəni irsi dağıdılmaqdan xilas etmək mümkün olmayıb. Bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalçılıq siyasətidir ".

S.Yusifova qeyd edib ki, azad edilən ərazilərdə aparılan monitorinqlər nəticəsində 2600-dən çox mədəni irs nümunəsinin 95 faizi dağıdılıb, vandalizmə və ya özünküləşdirməyə məruz qalıb.

"İşğal faktoruna son qoyulmasından 3 il keçməsinə baxmayaraq, hələ də monitorinqlər yekunlaşdırılmayıb. Bunun da səbəbi ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanmasıdır. Bizə illərlə vaxt və küllü miqdarda maliyyə vəsaiti lazımdır ki, həmin əraziləri minalardan təmizləyək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti