"Türk dünyası şəhərləri dünya mədəniyyətinin beşiklərindəndir" - Şahin Mustafayev

   "Türk dünyası şəhərləri dünya mədəniyyətinin beşiklərindəndir" -    Şahin Mustafayev
  10 Oktyabr 2023    Oxunub:1686
Şəhərlərin irsi lazımı səviyyədə qorunmalıdır.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türk dünyası şəhərləri dünya şəhər mədəniyyətinin beşiklərindən biridir. "Buna onlarla şəhərləri misal göstərmək olar. Bu şəhərlərin mədəni mühitinin qorunması üçün işlər aparılmalıdır. Bir neçə gün sonra Şuşada konfrans keçiriləcək. Bu konfransımız irs şəhərlərimizi qorumaq üçün yeni töhfələr verəcək”,- deyə o qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti