"Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır "

   "Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır   "
  10 Oktyabr 2023    Oxunub:1258
"İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir? Çıxışçılar Qarabağda tarixi abidələrə vurulmuş ziyanlardan danışdılar. Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır".
AzVision.az xəbər verir ki, bunu TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, hər il tarixi abidələrin qorunmasına ciddi diqqət ayrılır:

"UNESCO-nunun mədəni irsin qorunması siyahısı var. Düşünürəm ki bu siyahı genişləndirilməlidir. Çünki Türk dünyasının tarixi dərindir. Bizim ilk məqsədimiz bu mədəni irsin bütün türk dünyasında toplamaq və qorumaqdır. Türkiyədən kənarda Səmərqəndi, İçərişəhəri tanımayanları görürəm. Bu, məni çox məyus edir. Parisdə bir qülləni dillər əzbəri edirik. Nə qədər belə davam edə bilər?

Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır. Bu zəngin tarixin qədrini bilmək lazımdır. Qardaş dövlətlər bir-birimizlə çiyin-çiyinə çalışsaq, bizim tariximiz, mədəniyyətimiz daha heç vaxt insan əli ilə dağıntılara məruz qalmaz".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti