Bakı Dövlət Sirki yeni mövsümü açıq elan edir
Arenada ilk dəfə tamaşaçılara ən çox gözlənilən su şousu təqdim ediləcək. Burada 100 ton su ilə əhatə olunmuş 600 fəvvarənin simfoniyası möcüzələrlə dolu naməlum şəhərə gəlib düşən səyahətçilər haqqında sehrli nağılın maraqlı hekayətini müşayiət edəcək. "Möcüzələr şəhəri" hekayətinin qəhrəmanları tamaşaçıları özləri ilə sehrli gəmidə möcüzələr dünyasına aparacaqlar.
Proqram sirk tamaşaları haqqındakı təsəvvürləri alt-üst edir. Bütün nömrələrin vahid hekayə süjetinə bağlanması ilə yanaşı, şou proqramındakı maraqlı funksional həll, hər bir tamaşaçının sirk ustalarının gözəlliyini və möhtəşəm işini görəcəyi bu bənzərsiz bayram atmosferi yaratmağa imkan verən ən yenilikçi texnologiyaları ilə seçilir.
Arenaya dünyaca məşhur klounlar, akrobatlar, gimnastlar, hoqqabazlar, ekvilibristlər, təlimçilər çıxacaqlar. Təşkilatçılar bildiriblər ki, şounun özü bir neçə ildir mövcud olsa da, Bakıda ilk dəfə nümayiş etdiriləcək. Beləliklə, beynəlxalq su sirk şousu həm uşaqlara, həm də böyüklərə unudulmaz hisslər bəxş edəcək.
Proqram noyabrın 26-dək davam edəcək. Artıq biletlərin 85 faizi satılıb. Tamaşaların başlanma vaxtı cümə günləri saat 19:00, şənbə və bazar günləri 14:00 və 19:00-dır. Şou təxminən iki saat davam edir.
Biletləri şəhərin bütün kassalarında və onlayn olaraq iTicket.az saytında əldə etmək olar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


