"BQXK nümayəndələri oğlumun video görüntüsünü göstərdi. Onların ofisində baxdıq. Ermənistan tərəfi icazə vermir deyə videonu çəkib götürə bilmədik. Qohumlarımız da baxmaq istəyirdi, ancaq təəssüf ki, alınmadı. İndi səbrimizi basıb ondan növbəti xəbərin gəlməsini gözləyirik", -deyə ana bildirib.
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun digər əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da oğlundan xəbər gözləyir.
"Övlad yolu gözləmək çox çətindir. Gecə yuxu yata bilmirəm, gündüz bütün günü oğlumdan bir xəbər olar deyə xəbərləri izləyirəm. Övladı düşmən əlində olan ana üçün heç nə təsəlli vermir. Ağır dərddir, artıq səhhətim, əsəblərim buna tab gətirmir. Nə yeyir, nə içir deyə fikirdən nəfəsim kəsilir", -Dürdanə Bəbirova deyib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


