Quba və Qusara qar yağıb

   Quba və Qusara qar yağıb
  12 Oktyabr 2023    Oxunub:1171
Qubanın Qrız kəndində mənfi 5 dərəcə temperatur qeydə alınıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, şimal bölgəsində Qubanın Qrız və Qusarın Ləzə kəndlərinə qar yağıb. Qarın hündürlüyü bir santimetrdir.

Qubanın Xınalıq və Qusarın Ləzə kəndində temperatur mənfi 4 dərəcəyə enib.

AzVision.az


Teqlər:



Xəbər lenti