Prezident İspaniya kralını təbrik edib

   Prezident İspaniya kralını təbrik edib
  12 Oktyabr 2023    Oxunub:1108
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər:



Xəbər lenti