Hərbi Prokurorluq Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

   Hərbi Prokurorluq Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir
  12 Oktyabr 2023    Oxunub:3114
Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.
Hərbi Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, Beyləqan rayonunda rayon rəhbərliyi, eləcə də işğaldan azad olunmuş Xocavənd və Füzuli rayonlarında Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə birgə keçirilən tədbirlərdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər guşəsi ziyarət olunub, önlərinə gül dəstələri düzülüb.



Mərasimlərdə çıxış edən Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov, Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, polkovnik Ruslan Ağasıyev və digər çıxışçılar xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.



Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.



Tədbir iştirakçıları hərbçilərin qayğı və problemləri ilə də maraqlanıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti