Dəhşətli yol qəzası: 3 nəfər öldü
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub./Apa/
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


