Sumqayıtda ailə faciəsi: anası və arvadı öldü

Sumqayıtda ailə faciəsi: anası və arvadı öldü
  05 İyul 2014    Oxunub:975
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 4-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Emil Abdullayev idarə etdiyi “Mercedes markalı avtomobili aşırıb.

E.Abdullayevin sərnişinlərindən - anası Sevinc və qardaşının arvadı Nişanə Abdullayeva hadisə yerində ölüb, özü və digər sərnişini - qardaşı Hümbət xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:



Xəbər lenti