Gəncədə park və xiyabanlar idarəsi təsis edildi
2015-ci ildən idarənin xərcləri dövlət büdcəsinə daxil ediləcək.
AzVision.az-ın məlumatına görə, şəhərin icra hakimiyyətində də nümayəndəliyi olan idarənin məqsədi park kompleksinin genişləndirilməsi və infrastrukturun mühafizəsi, abadlaşdırılması və modernləşdirilməsidir.
Nazirlər Kabineti idarədə 140 ştat vahidi açıb və onun üçün Gəncə İcra Hakimiyyətinə dövlət büdcəsinin ehtiyat fondundan 830 min manat vəsait ayırıb.
2015-ci ildən idarənin xərcləri dövlət büdcəsinə daxil ediləcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


