Firudun Cəlilov əməliyyat üçün Türkiyəyə getdi

Firudun Cəlilov əməliyyat üçün Türkiyəyə getdi
  07 İyul 2014    Oxunub:1081
Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov səhhətində yaranan problemlə bağlı Türkiyəyə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə sabiq nazir özü facebook səhifəsində qeyd edib.

“Dostlar, səhər müalicə üçün Ankaraya gedirəm, qayıdana qədər Facebook-da olmayacam. Sağlamlığım ilə bağlı narahat olan, şəfa diləyən bütün dostlara təşəkkür edirəm”.

F.Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək.

Qeyd edək ki, sabiq nazirin müalicəsini Azərbaycan dövləti öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti