Bakıda tunel bağlandı
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, müvəqqəti olaraq istifadəyə verilmiş tunelin bağlanması köməkçi yolda asfalt-beton işlərinin başa çatması ilə əlaqədardır.
Belə ki, Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri artıq köməkçi yoldan istifadə edə bilərlər.
Hazırda yol ötürücüsündə son tamamlanma işləri davam etdirilir.







Vaxtında, Aydın, Lazımlı!


