`Leyla Yunus məcburi gətirilə bilər`

`Leyla Yunus məcburi gətirilə bilər`
  07 İyul 2014    Oxunub:1127
“Leyla Yunus dəfələrlə çağırışa gəlmirsə, onun haqqında məcburi şəkildə qərar qəbul etmək olar”.
Bu barədə AzVision.az-a millət vəkili və hüquq müdafiəçisi Çingiz Qənizadə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ifadə verməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

Ç.Qənizadə vurğulayıb ki, onun istintaqdan boyun qaçırması ilə bağlı tədbir görülməlidir: “Hansısa bir sənədin alınmasını bəhanə gətirib istintaqa getməmək düzgün addım deyil. Bu baxımdan dəfələrlə çağırışa gəlməsə, Leyla Yunusun məcburi gətirilməsi haqda qərar qəbul etmək olar”.

Millət vəkilinin sözlərinə görə, Leyla Yunus bilərəkdən bu provakasiya xarakterli hərəkətləri edir: “Leyla Yunus əvvəllər başlatdığı hərəkətlərin şousunu davam etdirir. Ona Qərbdə hansı görüntüləri göstərmək lazımdır, o hərəkətləri edir. Ona görə düşünürəm ki, onun istintaqa gətirilməsi haqqında məcburi göstəriş verilə bilər”.

Xatırladaq ki, Leyla Yunus Sülh və Demokratiya İnstitutunun xətti ilə xalq diplomatiyası layihələrinin iştirakçısı olmuş jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilməlidir. O, iyulun 7-si səhər saat 10-a dəvət alsa da, Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməkdən imtina edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti