Bakıda qəza: 2 yaralı

Bakıda qəza: 2 yaralı
  26 İyul 2014    Oxunub:775
Qaradağda baş verən qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili və "MAN" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 2 sərnişin sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti