Qazax sakinləri təşvişdə: vəziyyət gərgindir

Qazax sakinləri təşvişdə: vəziyyət gərgindir
  01 Avqust 2014    Oxunub:35723
Ermənilərin intensiv şəkildə atəşkəsi pozması nəticəsində Qazax rayonunda vəziyyət gərginləşib. İnsanlar təşviş içindədirlər.

Rayonun Məzəm, Kəmərli, Cəfərli, Abbasbəyli, Quşçu Ayrım kəndlərində vəziyyət gərgin olaraq qalır.

Bu barədə AzVision.az-a rayon icra başçısının müavini Tahir Musayev bildirib.

Onun sözlərinə görə, hazırda atışma davam edir:

“Məzəm və Abbasbəyli də yollar bağlanmayıb, sadəcə olaraq sakinlər öz təhlükəsizliyini qorumaq üçün alternativ yollardan istifdə edirlər. Dünən Cəfərli kənd sakini öldürülüb, hazırda onun yasına gedirik”.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti