İsmayıllıdakı yanğın söndürüldü - YENİLƏNİB
***
Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonunda baş verən meşə yanğını ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 5 km aralı) dağlıq meşə zolağında yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


