Türklər Azərbaycanda prezident seçdilər

Türklər Azərbaycanda prezident seçdilər
  04 Avqust 2014    Oxunub:3313
Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar avqustun 3-də Azərbaycanda səsvermə təşkil olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların sərbəst səsvermələri üçün Bakıda, Naxçıvanda və Gəncədə səsvermə məntəqələri yaradılıb. Səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

Bakıda 838, Naxçıvanda 53, Gəncədə isə 56 Türkiyə vətəndaşı səs verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti