"Düşmən 71 itki verib" - General
AzVision.az “qafqazinfo”ya istinadən xəbər verir ki, ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təqdim edib.
Mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib:
“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”.
Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.
Allah rəhmət eləsin!
Teqlər: