Cəbhədən son xəbər: düşmən atəş açır

Cəbhədən son xəbər: düşmən atəş açır
  04 Avqust 2014    Oxunub:7191
Ermənilər cəbhənin müxtəlif istiqamətlərində yenidən atəşkəs rejimini pozmağa başlayıblar.

AzVision.az xəbər verir ki, hal-hazırda Ağdam istiqamətində düşmən mövqelərimizi atəşə tutur. Yerli sakinlərin sözlərinə görə, düşmən iriçaplı silahlardan istifadə edir.

Cəbhənin Qazax istiqamətində də atışmanın getdiyi bildirilir. Belə ki, səhər saatlarından başlayaraq ermənilər təmas xəttinə yaxın yerləşən kəndlərimizi atəşə tutublar.

İlkin məlumatlara görə, Azərbaycan tərəfində itki və yaralı yoxdur.

AzVision.az


Teqlər:  



Xəbər lenti