Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  04 Avqust 2014    Oxunub:1373
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramin Muxtar oğlu Atakişiyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu vətəndaş Ramil Oqtay oğlu Daniyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları, 2 (iki) ədəd elektrik qidalandırıcısının hissələri və 2 (iki) ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ramin Atakişiyev Cinayət Məcəlləsinin 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti