Orxan Zeynalov appellyasiya şikayəti etdi

Orxan Zeynalov appellyasiya şikayəti etdi
  05 Avqust 2014    Oxunub:4010
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olunaraq 17 il müddətinə həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun vəkili Apelyasiya Məhkməsəinə müraciət edib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Bununla da, məhkəmənin qərarı həəlik qüvvəyə minməyib.
İyulun 28-də Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və ona 17 il həbs cəzası verilib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti