`Məhkumların aclıq aksiyası keçirməsi yalandır`
Bunu nəzərə alaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi,
ədliyyə general-leytenantı Mədət Quliyev 7 avqust 2014-cü il tarixdə Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib. Qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləyib, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirib və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimaiyyətə rəsmi olaraq bəyan edir ki, heç bir həbsxana və cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.
Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti olaraq bir daha bildiririk ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.
Teqlər: