XİN Türkiyədəki qəzanı araşdırır

XİN Türkiyədəki qəzanı araşdırır
  10 Avqust 2014    Oxunub:1411
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən yol qəzası zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmaması məsələsini araşdırır.

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verib.

Qeyd edək ki, bu gün Türkiyənin Manisa vilayətində avtobus aşıb. Anadolu agentliyinin yazdığına görə, qəza nəticəsində 52 sərnişin xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

Manisa Dövlət Xəstəxanasından Trend-ə bildirilib ki, yaralılar arasında üç əcnəbi olub - əlcəzairli, yapon və azərbaycanlı.

Xəstəxanadan bildirildiyinə görə, azərbaycanlı olduğu ehtimal edilən Nəzirə Həddad adlı qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.


Teqlər:



Xəbər lenti