Arif Yunus həbsdə qaldı

Arif Yunus həbsdə qaldı
  12 Avqust 2014    Oxunub:1655
Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun həbsi ilə bağlı şikayətə baxılıb.

AzVision.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Barəsində avqustun 5-də Nəsimi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qərarı verilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti