Səfirliyimizdən Qarabağla bağlı bəyanat

Səfirliyimizdən Qarabağla bağlı bəyanat
  14 Avqust 2014    Oxunub:2269
Cari ilin 1 avqust tarixindən etibarən Almaniya mətbuatında Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin intensiv pozulması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinə dair gündəlik məlumatlar dərc olunur.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, mətbuatın diqqətini nəzərə alaraq Azərbaycanın Almaniyadakı səfirliyi "Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı" başlıqlı bəyanat yayıb. Bəyanatda cəbhə bölgəsində baş verən hadisələrə dair XİN-in Mətbuat Xidmətinin yaydığı məlumata istinad edilib və XİN-in internet səhifəsindən həmin məlumatın linki verilib.

Bəyanatın sonunda Dağlıq Qarabağ bölgəsi və münaqişəsi haqqında qısa arayış verilir.


Teqlər:  



Xəbər lenti