Baş nazir dəyişiklik etdi
Müvafiq məlumat daxil olduqdan sonra Komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 (beş) iş günü müddətində uşağın atılması haqqında sənədi, doğum yeri, tarixi və cinsi barədə tibbi şəhadətnaməni, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.
Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 (iki) iş günü müddətində Komissiyaya məlumat verməlidir.
Müvafiq məlumat daxil olduqdan sonra Komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 (beş) iş günü müddətində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.







Vaxtında, Aydın, Lazımlı!


