“Neftçi”- “Partizan”: 2-2+ YENİLƏNİR

“Neftçi”- “Partizan”: 2-2+ YENİLƏNİR
  22 Avqust 2014    Oxunub:2640
Bakının “Neftçi” futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Serbiyanın “Partizan” kollektivi ilə qarşılaşır.
AzVision.az xəbər verir ki, avqustun 21-də Belqraddakı “Partizan” stadionunda keçirilən oyunu türkiyəli baş hakim Hüseyin Göcək idarə edir. Ona həmyerliləri Mustafa Emre Eyisoy, Orkun Aktas kömək edirlər.

Azərbaycan kubokunun sahibi “Neftçi”nin heyətində oyuna Saşa Stamenkoviç, Denis Silva, Elvin Yunuszadə, Bruno Bertuççi, Araz Abdullayev, Flavinyo, Julius Vobay, Erik Ramos, Kaue Silva Mirhüseyin Seyidov və Ernest Nfor çıxıb.

“Partizan”nın ilk onbirliyində isə Milan Lukaç, Miroslav Vuliçeviç, Nemanya Petroviç, Voyislav Stankoviç, Branko İliç, Darko Braşanats, Nikola Ninkoviç, Petar Qrbiç, Nikola Drinçiç, Danko Lazoviç və Petar Şkuletiç yer alıb.

Turnirə ikinci təsnifat mərhələsindən başlayan “Neftçi” bundan əvvəlki turlarda Sloveniyanın “Koper” və Gürcüstanın “Çixura” kollektivlərini yarışdan kənarlaşdırıb.


Teqlər:  





Xəbər lenti