“Həmin ağaclar məktəblilər üçün təhlükəli idi” - Nazirlik
Nazirlik rəsmisinin sözlərin görə, həmin məktəbin rəhbərliyi tərəfindən nazirliyə bir neçə ağacın kanalizasiya xəttinə maneə törətməsi ilə bağlı müraciət daxil olmuşdu və nazirliyin əməkdaşları əraziyə baş çəkib, araşdırma aparıblar:
“Bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin mütəxəssisləri tərəfindən 18 saylı orta məktəbdə olublar və burada bir neçə qəzalı vəziyyətdə olan ağacların kəsilməsinə, yerində hər birinin əvəzinə 10 ağac əkilməsi şərti ilə icazə verilib. Bir neçə ağacın isə budanmasına razılıq verilib. Oradakı ağacların kökləri kanalizasiya xəttlərini dağıdıb. Həm də ərazidən çəkilən şəkillərdən də göründüyü kimi həmin ağaclar qəzalı vəziyyətdə idi və təhlükəli idi. Həmin ağaclar məktəblərin də həyatı üçün təhlükə yaradırdı. Nazirliyin əməkdaşları da hadisə yerində olan zaman təhlükəli ağacların kəsilməsinə, digərlərinin isə budanmasına icazə veriblər”.
Qeyd edək ki, bu məsələ ilə bağlı AzVision.az bu gün səhər saatlarında məlumat yaymışdı və hadisə yerindən fotoları təqdim etmişdi.
Sevinc İltifatqızı
AzVision.az