Anar Bağırovun sədrliyi ilə magistrantların dissertasiyası müdafiə olunub

Anar Bağırovun sədrliyi ilə magistrantların dissertasiyası müdafiə olunub
  26 İyun 2026    Oxunub:225
2026-cı il iyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ” və “Turizm hüququ” ixtisaslaşmalarında təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d.) Anar Bağırovun sədrliyi ilə baş tutub.

Sədr Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, magistrantların hər birinə gələcək elmi və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Kollegiya sədri son illər BDU da daxil olmaqla, ölkənin Hüquq fakültələri fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalandığını bildirib. Bu əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar hazırlığının gücləndirilməsi, təcrübə proqramlarının təşkili, birgə tədbirlərin keçirilməsi və gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması istiqamətində bir sıra faydalı təşəbbüslərin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.

Hüquq elmi sahəsində tanınmış alimlərin, professor-müəllim heyətinin və Magistr Dissertasiya Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda 3 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib. Müzakirələrin yekununda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantlar müdafiə mərhələsini uğurla başa vurublar.

Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinə və hüquq təhsilinə göstərdiyi dəstəyə görə 50 illik yubileyi münasibətilə Hüquq fakültəsinin Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri, h.ü.f.d. Anar Bağırov həm Bakı Dövlət Universitetinin, həm də Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültələri üzrə Magistr Dissertasiya Şuralarına rəhbərlik edir.

Qalereya




Teqlər:



Xəbər lenti